User talk:Nicat
Ubuntu Azərbaycanca
Ubuntu Azərbaycan dili tərcümə qrupuna xoş gəlmişsiniz! Qrup iştirakçıları tərcümələri təsdiqləyə və birbaşa tərcümə etmək hüququna malikdirlər.
Qrupa qoşulmaq və qəbul olmaq üçün, gərək karma göstəriciniz 50-dən aşağı olmasın (məsələn: ən azı 50 tərcümə tövsiyyəsi) Karma – sizin istifadəçi səhifənizin aşağısında göstərilir.
Keyfiyyətli tərcümə üçün, xahiş edirik Əsas Qaydalarla tanış olasınız: 1) Tərcümə zamanı çalışın heç vaxt tələsməyin. Əgər başqa bir dil bilirsinizsə o dilə də baxıb uyğunlaşdırın.* 2) Əgər İngilis dili biliyiniz ortadırsa onda sadə sözləri və qısa cümlələri tərcümə etməyə cəhd göstərin. 3) Qrammatik normalara diqqət edin.